ÇAY AŞIRIMI

çay yatağının adətən bənd formasında dayaz hissəsi olub, maili yamacı çayın axımının əksinə, dik yamacı isə axın istiqamətinə yönəlmiş olur. Yatağın su axımı ilə qeyri-bərabər yuyulması nəticəsində yaranır. Çox vaxt çayın qollarının mənsəbi yaxınlığında subasarın genişləndiyi sahələrdə təsadüf edilir. перекат ford, shallow, crossing
ÇAY AXIMI
ÇAY BİFURKASİYASI
OBASTAN VİKİ
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.
Günaxay aşırımı
Günaxay aşırımı — Sarıbaş kəndinin Rusiya ilə sərhəd hissəsində yerləşir. Hündürlüyü 2657 m dir. Dağ Alp-Himalay qurşağında yerləşir. Böyük Qafqaz sıra dağlarına aiddir.
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Həzrəməscid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. == Nəqliyyat == Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Mamison aşırımı
Mamison aşırımı (oset. Мамысоны æфцæг; gürc. მამისონის უღელტეხილი) — Böyük Qafqazın qərb hissəsindəki Baş Qafqaz silsiləsindən keçən hündürlüyü 2911 m (digər mənbələrə görə 2819 m) olan aşırım. Gürcüstan (Cənubi Osetiya) və Rusiya sərhədlərinin qovşağında olan keçid Mamikdon çayı vadisindən Çançaxı çayı vadisinə aparır. Tarixi Osetiya Hərbi Yolu Gürcüstan (Kutaisi) ilə Rusiyanı (Karcin) birləşdirən keçiddən keçir. Sərhəd keçidi hazırda bağlıdır və yol istifadədə deyil. == Tarix == Böyük Vətən müharibəsi illərində keçid mühüm rol oynamış və 1942-ci ilin iyunundan 1942 -ci il avqustun 15-dək olan dövrdə 46-cı Ordu qüvvələrinin bir hissəsi şimaldan Baş Qafqaz silsiləsindən - Mamison keçidini əhatə edərək müdafiəni təşkil edirdi. 10 iyun 2009-cu ilədək Gürcüstan sərhədçiləri Cənubi Osetiyadan keçid üzərində nəzarəti həyata keçirirdilər. Onların Çançaxi çayının vadisinə geri çəkilmədən sonra Rusiya və Cənubi Osetiya sərhədçiləri ərazini nəzarətə götürür, nəticədə bütün keçid faktiki olaraq Cənubi Osetiyanın nəzarətinə keçir. 2009-cu ilin iyun ayının əvvəlində partladılmış Nikolaevski körpüsünün bərpasından sonra, məlumat gəlir ki, Gürcüstan yenidən Çançaxi çayı boyunca yerləşən Hərbi-Osetiya yolunun bir hissəsinə nəzarəti ələ keçirir.
Qezevçek aşırımı
Qezevçek (gürc. გეზევცეკი, oset. Гезей æфцæг, qaraç.-balk. Гезе ыфцыкъ) — Baş Qafqaz silsiləsinin cənub yamacında olan dağ aşırımı. Aşırım Kabardin-Balkariya və Gürcüstan sərhəddində yerlşir. Aşırım Kabarin-Balkariya Respublikasının ən ucqar cənub nöqtəsidir. Aşırım Baş Qafqaz silsiləsinin ərazisində, Qezetau və Passis-Mta zirvələri arasında yerləşir. Aşırım Çerek və Rioni çaylarının yuxarı axarlarını əhatə edir. Qezevçek Qərbi Ştul buzlağından Passis-Mta zirvəsinin cənub sirkinə doğru uzanır. Aşırımdan 4 km şərqdə Kabardin-Balkariya, Şimali Osetiya və Gürcüstan sərhədləri birləşir.
Qipçi aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Qudurdağ aşırımı
Qudurdağ aşırımı — Baş Qafqaz silsiləsində yerləşən, Azərbaycannın Zaqatala rayonunu Samurçayın yuxarı axarı ilə birləşdirir. Aşırımın hündürlüyü 3259 m təşkil edir.
Qıpçaq aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Rikoti aşırımı
Rikoti (gürc. რიკოთის უღელტეხილი) — Gürcüstanı qərb və şərq hissəsinə ayıran Böyük Qafqazın bir qolu olan Lixi silsiləsinin cənub hissəsindəki aşırım. Burada Dzirula çayının sol qolu Rikotuli çayı axır. Gürcüstanın iki böyük şəhərini birləşdirən Tbilisi-Kutaisi magistral yolu, 1982-ci ildə inşa edilmiş uzunluğu 1722 m olan qaya tuneli sayəsində aşırımdan keçir. 2010-cu ildə tunel üzərində yenidənqurma işləri aparıldı, 2011-ci il noyabr ayında yenilənmə prosesi başa çatdı. M. Utmelidze, Gürcüstan Sovet Ensiklopediyası, 8-ci buraxılış, səh.
Rok aşırımı
Rok aşırımı (oset. Ручъы ӕфцӕг, gürc. როკის უღელტეხილი) — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində, Gürcüstan və Rusiya arasında dağ aşırımı. Aşırım həm də Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirir. Rok aşırımı Rezaxo və Soxs zirvələri arasında yerləşir. Rok aşırımı şimalda Zakka çayı və Sanat dərəsini Rokdon çayı ilə və cənubda Zemo Roca kəndi ilə birləşdirir. Rok aşırımının ən hündür nöqtəsi dəniz səviyyəsindən 2996 metr yüksəklikdə yerləşir. Arxiv məlumatlarına əsasən Rok aşırımından yolun çəkilməsi ideyyası 1839-cu ilə aiddir. 1931-ci ildə akademik F.Y.Levinson-Lessinq aşırım ərazisində geoloji araşdırmalar aparmışdır. Akademik 70 yaşında öz həyat yoldaşı ilə birlikdə aşırımdan keçmişdir.
Sipahi aşırımı
Sipahi aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 1825,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Parağa kəndindən 1,5 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında yerləşir.
Toğlugədik aşırımı
Toğlugədik aşırımı - Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2684,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında gəzdək. Parağaçay qəsəbəsindən 3 km şərqdədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş massivin denudasiyası nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında, Kilit-Ağrıdağ antiklinalının şimal-şərq qanadında yerləşir.
Vrşiç aşırımı
Vrşiç (sloven. prelaz Vršič, it. passo della Moistrocca, alm. Werschetzpass‎) – Sloveniyanın şimal-qərbində yerləşən dağ aşırımı. Hündürlüyü 1611 metr olan aşırım Yuli Alplarında yerləşir. Aşırım həm Sloveniyanın, həm də Yuli Alplarının ən hündür aşırımıdır. Aşırım Yuxarı Karniolanı Trenta vadisi vasitəsilə Sloveniya Primoresini birləşdirir. Aşırımdan keçən tarixən Rus yolu kimi tanınır (Ruska cesta). Məhs bu yolun çəkilişində rus əsrlərindən istifadə edilmişdir. Hərbi məqsədlə çəkilən bu yol sonradan ticarət məqsədilə istifadə olundu.
Zod aşırımı
Zod aşırımı — Göyçə mahalı və Kəlbəcər rayonunu birləşdirən aşırım.Zod dağ aşırımı Zəngəzur silsiləsinin şimalinda, şərqi Göyçə silsiləsindədir. Hündürlüyü 2365 m. Tərtər çayının hövzəsindən Göyçə gölü hövzəsinə yol buradan keçir. Dağlıq Qarabağın şimalını Ermənistanla birləşdirən Zod aşırımı özünəməxsus yerdir. Şahdağ silsiləsinin cənub-şərqdində, Konqur zirvəsi (3043 m) ilə Kəmərqaya zirvəsi (3008 m) arasəndan keçərək, enlik istiqamətində Ermənistan Respublikası əarzisndəki Zod kəndinə enir. Keçidin mütləq yüksəkliyi 2200 m-dir. May-sentyabr aylarında hər cür nəqliyyat vasitələri üçün açıqdır. Qış dövründə isə xüsusi hazırlıqlı nəqliyyatdan istifadə olunur. Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisindəki Dəmirçidam yaşayış məntəqəsinə 6 km-ə qədər məsafə qət edilməlidir. Aşırıma hər iki tərəfdən hərəkət istiqaməti şay dərəsi boyu (Levçayın qolu) olduğundan su ehtiyatı kifayət qədərdir.
Ömər aşırımı
Ömər aşırımı — Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi. Aşırımın hündürlüyü 3261 m təşkil edir. Aşırım Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən biri olan Ömər aşırımı uğrunda döyüşə şahidlik etmişdir. Ömər aşırımı Koroğlu (3462 m) və Gamış (3724 m) zirvələri arasındadır. Mütləq yüksəkliyi 3395 metr olan yəhərvari aşırımdan ibarətdir. İstifadə müddəti may ayından sentyabrın ortalarına qədərdir. Ən yaxın yaşayış məskəni — şimal istiqamətində Kürdəlilər və Pirverdilər kəndləridir. Bu istiqamətdə aşırımın 3 km-yində ilk su mənbəyi,2600 m-də Kürəkçayın mənbəyini, sonradan onun qollarından birini təşkil edən bulaqlar mövcuddur. Aşırımdan cənub istiqamətində isə su mənbəyi nisbətən yaxındadır (Maydançayın mənbəyini təşkil edən bulaqlar). Bu istiqamətdə ən yaxın yaşayış yeri Yanşaq kəndidir.
Şimal Aşırımı
Şimal Aşırımı ( çin. 北坳 (Běi Ào), tib. Chang La) - Tibetdəki Everest və Çanqze dağlarını birləşdirən silsilədə buzlaqlar tərəfindən oyulmuş iti kənarlı keçitdir. Şərq Ronqbuk buzlağının başını təşkil edir. Alpinistlər Şimal silsiləsi (Tibet) üzərindən Everestə çıxmağa çalışdıqda, dağın özündə ilk düşərgə (ənənəvi olaraq IV Düşərgə, müasir I Düşərgə) Şimali Kol üzərində qurulur. Bu nöqtədən, təxminən dəniz səviyyəsindən 7,020 metr (23,030 ft) yuxarı alpinistlər Everestin Şimal üzü boyunca tədricən daha yüksək düşərgələrə çatmaq üçün Şimal silsiləsinə qalxırlar. Alpinistlər zirvəyə son təkanlarını VI düşərgədən 8,230 metr (27,001 ft) hündürlükdə edirlər. Şimal Aşırımına ilk dəfə Corc Mallori, Edvard Oliver Vheeler və Gay Bullok 23 sentyabr 1921-ci ildə, İngilis kəşfiyyat ekspedisiyası zamanı qalxdı. Bu, bir qərblinin ilk dəfə Everest dağına ayaq basması idi. Bura Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Mallorinin mövcudluğunu təsdiqləməsindən bir həftə əvvəl Vheeler tərəfindən kəşf edildi.
Bedel aşırımı
Bedel — Tyanşan dağ sistemində, Kakşaal-Too silsiləsi üzərindən keçən aşırım. Qırğızıstan və Çinin Sincan-Uyğur Muxtar Rayonu sərhəddində, dəniz səviyyəsindən 4,284 m yüksəklikdə yerləşir. İssık-Kul gölünün cənub sahilində yerləşən Barskoon kəndi ilə aşırımı birləşdirən yol var. Aşırımın yaxınlığında Yıştık çayının mənbəyidir. Aşırım tarixən mühüm karvan yolu kimi xidmət etmişdir və Böyük ipək yolu üzərində yerləşirdi.
Kuraqari aşırımı
Kuraqari aşırımı (暗峠, Kuraqari-toqe) – Yaponiyanın Nara prefekturasının İkoma şəhərində yerləşən aşırım. Yaponiyanın ən dik yamac yolu hesab olunur. == Tarixi və etimologiyası == Müasir yapon dilində "kuraqari" sözü "kölgəlik" və ya "qaranlıq" mənasını verir. Aşırımı əhatə edən sıx ağaclıq səbəbilə aşırımın bu adı aldığı güman olunur. Digər versiyaya görə isə aşırımın adı "kura-qari" (hərf. yəhərə borclanma) və ya "kura-qaeri" (hərf. yəhər fırlatma) ifadələrindən yaranmışdır. Bu versiya isə aşırımın dikliyinin atlar və atlılar üçün təşkil etdiyi təhlükə ilə əlaqələndirilir. Kuraqari aşırımı Edo dövründə İkoma dağlarını keçən və Nara ilə Osakanı birləşdirən tarixi yolun vacib nöqtəsi olmuşdur. Belə ki, Yamato vilayətinin Koriyama hanı yolu çay daşları ilə döşəmiş və İkomadan keçən daymyolar üçün poçt məntəqəsi qurmuşdur. İse məbədinə gedən zəvvar yolu buradan keçirdi. Yolun daş döşəməsi müasir dövrə qədər salamat qalmışdır və hazırda isə Yaponiya Milli Magistralı 308-in bir hissəsidir.
Lahıc aşırımı
Lahıc aşırımı — Niyaldağ silsiləsinin suayrıcında yerləşən dağ keçidi. Azərbaycanın İsmayıllı rayonunda yerləşir. Aşırım təqribən 1700 m hündürlüyə çatır. Aşırım dar və çətin keçiləndir. Aşırımın adı eyniadlı qəsəbənin adından gəlir.
Niyaldağ aşırımı
Niyaldağ aşırımı — Niyaldağ silsiləsində, Azərbaycanın İsmayıllı rayonunun Lahıc və Basqal kəndləri arasında yerləşir. Aşırımın hündürlüyü 1920 m-ə çatır. Aşırından cığır yolu keçir. Aşırımın yaxınlığında Şirvanşahlar dövləti dövrünə aid istehkamlar var.
Samolit aşırımı
Samolit aşırımı — Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 3260 m (digər mənbələrə görə 3240,4 m) təşkil edir. Böyük Samolit dağıının cənub-qərbində, Azərbaycan Respublikası (Zaqatala rayonu) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşir. Aşırımın şimal yamacının qırışıqlarında Samolit gölləri qrupunun ən böyük olanı Samolit gölü yerləşir.
Yabluneskiy aşırımı
Yabluneskiy (Yabluniskiy, Yabloneskiy, həmçinin Tatar) aşırımı (ukr. Яблуницький (Яблунецький) перевал) — Ukraynanın qərbində, Şərqi Karpat dağlarında aşırım. Prut və Qara Tisa çaylarının vadilərini Zakarpatiya ilə birləşdirir. Yabluneskiy aşırımı Zakarpatiya, Çernovtsı və İvano-Frankovsk vilayətlərinin sərhəddində yerləşir. Aşırımın yaxınlığında Yabluneskiy kəndi yerləşir. Aşırım Yabluneskiy silsiləsində yerləşir və aşırımın keçdiyi yəhər hissənin dəniz səviyyəsindən hündürlüyü 921 metrdir. Aşırım eyni zamanda Ukraynanın tarixi-etnoqrafik ərazisi olan Qusulşinadadır. Aşırımın yamaclarında, əsasən də cənub-qərb yamacında küknar meşəsi üstünlük təşkil edir. Bəzi ərazilərdə ağ şam və şam ağaclarına rast gəlinir. Yabluneskiy aşırımında «Berkut» pansionatı və restoranı fəaliyyət göstərir.